Tarix : 2010 Jun 04
Kod 17738

Nardaranda geniş mitinq keçirildi

Məşhədi Natiq Kərimov: “Biz Azrəbaycan iqtidarını qəti şəkildə İsraillə bütün əlaqələri kəsməyə və İsrail səfirliyinin Azərbaycandan qovmağa çığırırırq və bunu tələb edirik”
Azərbaycan Servisi/Aran Agentliyi
Bakının Nardaran qəsəbəsinin İmam Hüseyn meydanında Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan, aralarında Türkiyə gəmisinin də olduğu gəmi karvanına İsrail hərbçiləri tərəfindən silahlı hücum edilməsinə etiraz olaraq iyunun 4- də günorta namazından sonra aksiya keçirilib. Aksiyada kənd sakinləri Hacı Əli Hüseynov, Hacı Ataməli Nur, Hacı Əlikram Əliyev, Məşhədi Natiq Kərimov və başqaları çıxış ediblər. Çıxışlarda ““Azərbaycan Türkiyənin dostudur, qardaşıdır” deyənlər, Sabir Rüstəmxanlı, İsa Qəmbər indi hardadır?”, “Dünya Azərbaycanlıları Konqresi niyə indi Türkiyəni müdafiə edən bəyanatlar vermir?” kimi fikirlər səsləndirilib. Qeyd olunub ki, bu aksiya Türkiyəni müdafiə üçün təşkil olunub. Aksiyada “İsrailə ölüm!”, “Amerikaya ölüm!”, “Allahu -əkbər!” “Azərbaycan bir olsun, Türkiyəyə dəstək olsun!” “Qarabağ Fələstinin davamıdır!”, “Ermənistana ölüm!” “Azərbaycan oyaqdır, Türkiyəyə, Fələstinə dayaqdır!” şüarları səsləndirilib. Aksiya iştirakçıları Azərbaycan, Türkiyə, Fələstin bayraqlarını qaldırıb, İsrail bayraqlarını isə ayaq altına atıblar. Aksiyanın sonunda İsrail, ABŞ, Fransa, Böyük Britaniya və Ermənistan bayraqları yandırılıb. Məşhədi Natiq Kərimov mətbuata bildirdi ki, biz Azrəbaycan iqtidarını qəti şəkildə İsraillə bütün əlaqələri kəsməyi və İsrail səfirliyinin Azərbaycandan qovmağı tələb edirik.
 
 
  • Yazılıb
  • da (də) 2010 Jun 04