"İsra" Mədəniyyət Mərkəzinin direktoru, "KudusTv"-nin direktoru Nürəddin Şirin Tehranda prezident salonunda Qəzzaya yardım aparan türklər haqqında danışıb
Türkiyə Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin verdiyi xəbərə görə, "İsra" Mədəniyyət Mərkəzinin direktoru, "KudusTv"-nin direktoru Nürəddin Şirin Tehranda prezident salonunda Qəzzaya yardım aparan türklər haqqında danışıb.
50 ölkədən 1000-ə yaxın qonağın qarşısında çıxış edən Şirin, Xanım Fatimeyi-Zəhranın (s.ə.) mövludundan, İmam Xomeynidən və Türk-İran qardaşlığı, ümumiyyətlə İslami Vəhdətdən danışıb.
Çıxışında Türkiyəli müsəlmanların bu yardım gəmisində "Ləbbeyk Allahummı Ləbbeyk" şüarları ilə getdiyini də xatırladaraq, onların bu yolda şəhadətə hazır olduğunu bildirib.
Qeyd edək ki, Nürəddin Şirini Azərbaycanın inanclı müsəlmanlarının bir qismi də yaxşı tanıyır.
O, iki dəfə Azərbaycanda səfərdə olub.