Tarix : 2010 Jun 05
Kod 17740

''Nərimanov'' kinoteatrının qarşısı polis nəzarətindədir

Son anda aksiyanın məkanı dəyişidirildi
Azərbaycan Servisi/Aran Agentliyi
Saat 15:10 radələrində aksiya başladı. Müxalifət fəalları «İçərişəhər» metrosundan çıxaraq şüarlar səsləndirməyə başlayıblar. Polis onlara İcra Hakimiyyətinə doğru irəliləməyə imkan verməyib.

Bu zaman 30-a yaxın fəal saxlanıb.
«Azadlıq» bloku aksiyanın yerinin dəyişdiyi açıqlayıb. Aksiya «Nərimanov» kinoteatrının qarşısında yox, şəhər İcra Hakimiyyətinin qarşısında keçirilməlidir. Hazırda İcra Hakimiyyəti və metronun «İçərişəhər» stansiyasının ətrafı polislərlə doludur.

«NƏRİMANOV» KİNOTEATRININ QARŞISI POLİS NƏZARƏTİNDƏDİR

«Nərimanov» kinoteatrı ərazisindəki dükanlar qapadılıb. Ərazidə polis və xüsusi mülki geyimli şəxslər çoxluq təşkil edir. Yaxın dəqiqələrdə «Azadlıq» blokuna daxil olan partiyaların «Nərimanov» kinoteatrı qarşısında aksiyası gözlənilir. Bakı şəhər İcra Hakimiyyəti isə aksiyaya icazə verməyib.
  • Yazılıb
  • da (də) 2010 Jun 05