Tarix : 2010 Jun 06
Kod 17749

Robert Geyts bu gün Bakıya gəlir

ABŞ-ın müdafiə naziri Robert Geyts bu gün Bakıya gələcək. Onun Azərbaycana səfəri çərçivəsində Əfqanıstandakı Amerika hərbçilərinin təchizatı məsələsini müzakirə edəcəyi gözlənilir
Azərbaycan Servisi/Aran Agentliyi
ABŞ-ın müdafiə naziri Robert Geyts bu gün Bakıya gələcək. Onun Azərbaycana səfəri çərçivəsində Əfqanıstandakı Amerika hərbçilərinin təchizatı məsələsini müzakirə edəcəyi gözlənilir. Bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Kis Biin verib.

Amerikalı diplomat bildirib ki, Robert Geyts Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə görüşəcək: “Azərbaycan vasitəsilə Əfqanıstana Amerika hərbçilərinin həyat təminatı üçün böyük həcmdə qeyri-hərbi təzhizat həyata keçirilir. Nazir Azərbaycan rəhbərliyinə buna görə minnətdarlıq edəcək və bunun üçün (Əfqanıstana yüklərin daşınması) nələri etməyin vacib olduğu müzakirə olunacaq”.

Bu, Robert Geytsin nazir kimi Azərbaycana ilk səfəridir. O Bakıya Sinqapurdan gələcək.
ANS
  • Yazılıb
  • da (də) 2010 Jun 06