İlham Əliyev: “İsrailin Qəzza zolağına yardım aparan Türkiyə gəmisinə hücum edərək mülki insanları öldürməsini pisləyir və Türkiyəyə dəstəyimizi ifadə etmək istəyirəm”
Azərbaycan Servisi/Aran Agentliyi
Bu fikirləri Çırağan Sarayında keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) dövlət və hökumət başçılarının 3-cü sammitində çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib. O Azərbaycan xalqı adından Türkiyə hökumətinə və vətəndaşlarına başsağlığı da verib: “Asiya regionunda görülən təhlükəsizlik tədbirləri dünyada görülən təhlükəsizlik tədbirlərinin böyük bir qismini ifadə edir. Bu məsələdə əməkdaşlıq etmək mövcud riskləri azaldır. Terrorun yaxşısı, pisi yoxdur və hamısını pisləyirik. Terrorçuluq və problemlərlə mübarizə üçün səylərimizi birləşdirməliyik. İqtisadi sahədə əməkdaşlıq bu prosesə öz töhfəsini vermiş olacaq”.