Tarix : 2010 Jun 08
Kod 17809

Qarabağ məsələsi qudrətli dövlətlərin azərbaycanda öz maraqlarını təmin etmələrinə xidmət edir

İranın Ərdəbil vilayətinin (ustandarlığının) qubernatoru (ustandarı) Hacı Mənsur Həqiqətpur: “Əslində Qarabağ məsələsi Azərbaycanın siyasi cəhətdən zəif yeridir”
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın mətbuatının İran KİV-lərinə istinadən yaydığı xəbərə görə bu sözləri İranın Ərdəbil vilayətinin (ustandarlığının) qubernatoru (ostandarı) Hacı Mənsur Həqiqətpur deyib. O bildirib ki, Azərbaycan dövləti Qarabağ məsələsində çox həssas olmalıdır: “Əgər Qarabağla bağlı diqqətsizlik olarsa, bu, Azərbaycan dövlətinə baha başa gələ bilər. Qüdrətli ölkələr bu vəziyyətdən öz xeyirlərinə istifadə edəcəklər. Hazırda Azərbaycan Qarabağ məsələsində İrana arxalana bilər. İran bu ixtilafın həllində, eləcə də bölgədə sülhün tərəfdarıdır”.  Ustandar İran-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsinin vacibliyini də vurğulayıb: “Biz Azərbaycanla iqtisadi mübadilənin 500 milyon dollar civarında olması ilə kifayətlənmək istəyirdik. Amma Azərbaycanın hörmətli prezidenti İlham Əliyev cənablarının istəyi ilə bu rəqəm 10 milyard dollara çatdırılmalıdır”.
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Jun 08