Azərbaycanın Hərbi Doktrinası Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında müzakirə olunub, qəbul edildi, Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlı Hərbi ...
Azərbaycan Servisi/Aran Agentliyi
Layihəni Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib. Z. Əsgərov bildirib ki, Hərbi Doktrina layihəsi 75 bənddən ibarətdir, 7 əsas müddəanı özünə ehtiva etdirir. Regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər sənəddə əksini tapıb. Layihədə Ermənistan təcavüzkar kimi göstərilib. Eyni zamanda bu təcavüz nəticəsində regionda yaranmış vəziyyət, təhlükəsizliyə çox böyük risklər öz əksini tapıb. Azərbaycanın regionda hansı məsələləri özünə təhdid sayması layihədə göstərilib. Bundan başqa, maliyyə, iqtisadi böhranlarından tutmuş, enerji resursları uğrunda aparılan zorakı mübarizələrə, separatizmin stimullaşdırılmasına və digər məsələlərə qədər Hərbi Doktrina layihəsində yer alıb. Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlı Hərbi Doktrina layihəsində istisnalar nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, lazımi şəraitlərdə Azərbaycan belə bir səlahiyyəti özündə saxlayır. İki saatlıq müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.