Bu səbəbə görə yüzlərlə Yevlax sakini Yevlax icra başçısının özbaşnalığından şikayət üçün Bakıya gəliblər
Azərbaycan Servisi/Aran Agentliyi
Yevldaxda dindarlara təzyiqlər davam edir.
Bu səbəbə görə yüzlərlə Yevlax sakini Yevlax icra başçısının özbaşnalığından şikayət üçün Bakıya gəliblər.
Yevlax sakini Hacı Ramin Quliyevin bildirdiyinə görə, Prezident Apparatında onları qəbul şöbəsinin məsullarından Canpolad Musayev qəbul edib.
O bu haqda əlaqədar şəxləri məlumatlandıracağını bildirib.
Qeyd edək ki, Fatimeyi Zəhranın mübarək mövludunda Yevlaxın İcra Hakimiyyətinin tapşırığı ilə inanclılara qarşı təzyiqlər başlamış, hələ də bu təzyiqlər davam etməkdədir.
Yevlaxın inanclı sakinləri əlaqədar qurumlara, o cümlədən İslami Təşkilatlara, onlara dəstək verməyə və bu məmur özbaşnalığını tənqid etməyə çağırır.
Bununla bağlı İslam-Azeri.az internet qəzeti Yevlax "Cümə məscidi" dini icmasının üzvü Hacı Ramin Quliyevdən müsahibə alıb.