Tarix : 2010 Jun 13
Kod 17872

İsrailin istəyi Abdulla Gülü özündən çıxarıb

İsrailin Qəzzaya yardım aparan gəmilərə basqını ilə bağlı özünün xüsusi araşdırma qrupunu yaratmaq istəyi Türkiyəli rəsmilərin narazılığına səbəb olub
Türkiyə Servisi/Aran Agentliyi
İsrailin Qəzzaya yardım aparan gəmilərə basqını ilə bağlı özünün xüsusi araşdırma qrupunu yaratmaq istəyi Türkiyəli rəsmilərin narazılığına səbəb olub. Prezident Abdullah Gülün sözlərinə görə, İsrailin bu hadisəni özünün araşdıracağı ilə bağlı açıqlaması gülüncdür.

“BMT baş katibinin Təhlükəsizlik Şurasının dəstəyi ilə qurduğu komitə var. Bu qurumun rəhbərliyinə də Yeni Zelandiyanın keçmiş baş naziri gətirilib. Qurumda həm bir israilli və bir türk mütəxəssis də yer alır. Bu qurumun əvvəlcə araşdırma aparması, hər şeyi nəzərdən keçirməsi lazımdı. Qrupun hesabat hazırlamasına imkan yaradılmalıdır. İsrailin özünün bu araşdırmanı aparması isə gülüncdür. O zaman burada sual yaranır ki, Cənubi Koreya ilə Şimali Koreya arasında gəmi qalmaqalını Cənubi Koreya özü araşdırmalıdır? Bu kimi mövzulara diqqətlə yanaşmaq lazımdır. İlk görüləcək iş budur. Bundan sonra səhvin düzəldilməsinin yolları var. Bunu, həmin ölkələr özləri yaxşı bilirlər. Onlar bunu etməlidirlər, bizim tələbimiz budur”,- deyə Türkiyə prezidenti Abdullah Gül bildirib.
ANS TV
  • Yazılıb
  • da (də) 2010 Jun 13