Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Dəmir Yol İdarəsinə məxsus yeni inşa edilən obyektdə partlamamış hərbi sursatlar aşkar edilib
Azərbaycan Servisi/Aran Agentliyi
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Dəmir Yol İdarəsinə məxsus yeni inşa edilən obyektdə partlamamış hərbi sursatlar aşkar edilib. Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumat daxil lduqdan sonra nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aşkarlanmış sursatlara baxış keçirmiş və onların 6 ədəd 100mm, 1 ədəd 122 mm, 1 ədəd 85mm, 1 ədəd 120mm, 3 ədəd 155mm top mərmiləri, 1 ədəd TM57 tank əleyhinə mina, 1 ədəd 100mm naməlum partlayış təhlükəli əşya olduğu müəyyən edilib.
Qeyd olunan hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib.
ANS