İİR Servisi/Aran Agentliyi
İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndəsi Əli Əsgər Sultaniyyə (Ali Asghar Soltaniyyeh) Trend News-a bildirib ki, İranın BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinə reaksiyası rəsmi Tehran tərəfindən araşdırılır, lakin məlum olan "konkret qərar" bundan ibarətdir ki, İran qətnamənin tələblərinə baxmayaraq, uranın zənginləşdirmə prosesini davam etdirəcək. "Bizim qətnaməyə reaksiyamız, əvvəlki qətnamələrdə olduğu kimi, nüvə fəaliyyətimizi davam etdirməkdir. Biz bir saniyə də uranın zənginləşdirilməsini dayandırmayacağıq", - deyə Sultaniyyə telefonla Vyanadan Trend-ə bildirib.
BMT Təhlükəsizlik Şurası (TŞ) iyunun 9-da İranın nüvə proqramını dayandırmaq məqsədi ilə yeni qətnamə qəbul edib. 1929 saylı bu qətnamənin BMT TŞ üzvlərinin 12-si lehihə, 2-si (Türkiyə və Braziliya) əleyhinə səs verib. Livan isə bitərəf qalıb.
Sultaniyyə bildirib ki, İran Qərb ölkələrinə güvənmədiyi və inanmadığı üçün özü birbaşa uranın zənginləşdirilməsini davam etdirir. Onun sözlərinə görə, İranda tikiləcək nüvə reaktorlarının yanacağının təmini üçün heç bir zəmanət yoxdur və rəsmi Tehran məcburdur ki, özü uranı zənginləşdirsin.
İranın BAEA-dakı nümayəndəsi Rusiyanın 10 ildən artıq Buşəhr nüvə stansiyasının tikilişini gecikdirdiyini nümunə gətirərək bildirib ki, rəsmi Moskva yalnız bu stansiyanın reaktorunun birillik yanacağını İrana təhvil verib; baxmayaraq ki 1000 mqvat elektirk istehsalı qabiliyyəti olan Buşəhr nüvə stansiyası, ən azı, 30 il işləməlidir.
Buşəhr nüvə stansiyasının tikilişi 90-ci illərdə Rusiyaya təhvil verilib. Rusiya bildirib ki, bu il yayın sonunda stansiyanın tikilişi qurtaracaq. Rusiya dəfələrlə bu stansiyanın tikilişini gecikdirib.
Rusiya iki il bundan əvvəl 110 ton həcmində (birillik yanacaq) uran yanacağını İrana təhvil verib. İki ölkə arasında 10 il Büşəhrin yanacağının təmini üçün müqavilə var.
Sultaniyyə İranda uranın 20 faizədək zənginləşdirilməsinin davam etdiriləcəyini bildirərək hesab edir ki, Qərb İranın Əmirabad nüvə laboratoriyasının yanacağının təmininə meyilsizdir.
"20 il bundan əvvəl BAEA-dan istədik ki, Əmirabad reaktorunun 20 faizlik uran yanacağını təmin etsin, bu yanacağı istehsal edən heç bir Qərb ölkəsi razılıq bildirmədi, nəhayət, Argentinadan aldıq. İndi də həmin tələblə müraciət etmişik, yenə də Qərb imtina edir. Bu reaktorda radiodərmanlar istehsal olunur və Qərb bu yanacağı verməkdən imtina etsə, özümüz istehsal edəcəyik", - deyə İranın BAEA-dakı nümayəndəsi təkildə bildirib.
Əmirabad nüvə laboratoriyası 45 il bundan əvvəl ABŞ tərəfindən tikilib. Rəsmi Tehranın verdiyi məlumata əsasən, bu laboratoriyada istehsal olunan dərmanlara 800 min xəstənin ehtiyacı var. İran 2010-cu ildən etibarən birbaşa özü uran qazını 20 faiz zənginləşdirməyə başlayıb, lakin uran qazını hansı texnologiya ilə uran yanacağına çevirəcəyi məlum deyil. Dünyada ABŞ, Fransa və Argentina kimi ölkələrdə 20 faizlik uran yanacağı borularını istehsaletmə texnologiyaları var.
İran, Rusiya, ABŞ və Fransa 2009-cu ilin oktyabrında Vyanada keçirdikləri iclada uran mübadiləsi barədə razılıq əldə etsələr də, İran sonra bundan imtina etdi. 2010-cu ilin may ayında, Braziliya və Türkiyənin vasitəçiliyi ilə rəsmi Tehran uran mübadiləsinə razılıq bildirdi. Razılığa əsasən, İran 1200 kq zəif uranı Türkiyəyə göndərib, bir ildən sonra, 120 kq 20 faizlik uran yanacağı təhvil almalı idi.
Sultaniyyə əlavə edib ki, heç bir beynəlxaq sənəd və konvensiya yoxdur ki, uranın hansı dərəcədə zənginləşdirilməsinə limit qoysun. Onun sözlərinə görə, İran BAEA-nın nüvəsizləşdirmə konvensiyasına (NPT) üzvdür və haqqı var ki, uranı istədiyi dərəcədə zənginləşdirsin.
Sultaniyyə bildirib ki, İran beynəlxalq səviyyədə öz öhdəliklərinə məsuliyyətlə yanaşır və İranın uranzənginləşdirmə planı tamamilə BAEA-nın nəzarəti altındadır.
Qərb İranın nüvə proqramının mahiyyətindən şübhələnir. ABŞ, İsrail və bir sıra Avropa ölkələri İranın nüvə silahı istehsal etmək niyyətində olduğundan şübhələnirlər. İran bunu rədd edir. İndiyədək BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə qarşı 6 qətnamə qəbul edib. Qətnamələrin 4-nə iqtisadi sanksiyalar daxil olunub.İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndəsi Əli Əsgər Sultaniyyə (Ali Asghar Soltaniyyeh) Trend News-a bildirib ki, İranın BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinə reaksiyası rəsmi Tehran tərəfindən araşdırılır, lakin məlum olan "konkret qərar" bundan ibarətdir ki, İran qətnamənin tələblərinə baxmayaraq, uranın zənginləşdirmə prosesini davam etdirəcək. "Bizim qətnaməyə reaksiyamız, əvvəlki qətnamələrdə olduğu kimi, nüvə fəaliyyətimizi davam etdirməkdir. Biz bir saniyə də uranın zənginləşdirilməsini dayandırmayacağıq", - deyə Sultaniyyə telefonla Vyanadan Trend-ə bildirib.
BMT Təhlükəsizlik Şurası (TŞ) iyunun 9-da İranın nüvə proqramını dayandırmaq məqsədi ilə yeni qətnamə qəbul edib. 1929 saylı bu qətnamənin BMT TŞ üzvlərinin 12-si lehihə, 2-si (Türkiyə və Braziliya) əleyhinə səs verib. Livan isə bitərəf qalıb.
Sultaniyyə bildirib ki, İran Qərb ölkələrinə güvənmədiyi və inanmadığı üçün özü birbaşa uranın zənginləşdirilməsini davam etdirir. Onun sözlərinə görə, İranda tikiləcək nüvə reaktorlarının yanacağının təmini üçün heç bir zəmanət yoxdur və rəsmi Tehran məcburdur ki, özü uranı zənginləşdirsin.
İranın BAEA-dakı nümayəndəsi Rusiyanın 10 ildən artıq Buşəhr nüvə stansiyasının tikilişini gecikdirdiyini nümunə gətirərək bildirib ki, rəsmi Moskva yalnız bu stansiyanın reaktorunun birillik yanacağını İrana təhvil verib; baxmayaraq ki 1000 mqvat elektirk istehsalı qabiliyyəti olan Buşəhr nüvə stansiyası, ən azı, 30 il işləməlidir.
Buşəhr nüvə stansiyasının tikilişi 90-ci illərdə Rusiyaya təhvil verilib. Rusiya bildirib ki, bu il yayın sonunda stansiyanın tikilişi qurtaracaq. Rusiya dəfələrlə bu stansiyanın tikilişini gecikdirib.
Rusiya iki il bundan əvvəl 110 ton həcmində (birillik yanacaq) uran yanacağını İrana təhvil verib. İki ölkə arasında 10 il Büşəhrin yanacağının təmini üçün müqavilə var.
Sultaniyyə İranda uranın 20 faizədək zənginləşdirilməsinin davam etdiriləcəyini bildirərək hesab edir ki, Qərb İranın Əmirabad nüvə laboratoriyasının yanacağının təmininə meyilsizdir.
"20 il bundan əvvəl BAEA-dan istədik ki, Əmirabad reaktorunun 20 faizlik uran yanacağını təmin etsin, bu yanacağı istehsal edən heç bir Qərb ölkəsi razılıq bildirmədi, nəhayət, Argentinadan aldıq. İndi də həmin tələblə müraciət etmişik, yenə də Qərb imtina edir. Bu reaktorda radiodərmanlar istehsal olunur və Qərb bu yanacağı verməkdən imtina etsə, özümüz istehsal edəcəyik", - deyə İranın BAEA-dakı nümayəndəsi təkildə bildirib.
Əmirabad nüvə laboratoriyası 45 il bundan əvvəl ABŞ tərəfindən tikilib. Rəsmi Tehranın verdiyi məlumata əsasən, bu laboratoriyada istehsal olunan dərmanlara 800 min xəstənin ehtiyacı var. İran 2010-cu ildən etibarən birbaşa özü uran qazını 20 faiz zənginləşdirməyə başlayıb, lakin uran qazını hansı texnologiya ilə uran yanacağına çevirəcəyi məlum deyil. Dünyada ABŞ, Fransa və Argentina kimi ölkələrdə 20 faizlik uran yanacağı borularını istehsaletmə texnologiyaları var.
İran, Rusiya, ABŞ və Fransa 2009-cu ilin oktyabrında Vyanada keçirdikləri iclada uran mübadiləsi barədə razılıq əldə etsələr də, İran sonra bundan imtina etdi. 2010-cu ilin may ayında, Braziliya və Türkiyənin vasitəçiliyi ilə rəsmi Tehran uran mübadiləsinə razılıq bildirdi. Razılığa əsasən, İran 1200 kq zəif uranı Türkiyəyə göndərib, bir ildən sonra, 120 kq 20 faizlik uran yanacağı təhvil almalı idi.
Sultaniyyə əlavə edib ki, heç bir beynəlxaq sənəd və konvensiya yoxdur ki, uranın hansı dərəcədə zənginləşdirilməsinə limit qoysun. Onun sözlərinə görə, İran BAEA-nın nüvəsizləşdirmə konvensiyasına (NPT) üzvdür və haqqı var ki, uranı istədiyi dərəcədə zənginləşdirsin.
Sultaniyyə bildirib ki, İran beynəlxalq səviyyədə öz öhdəliklərinə məsuliyyətlə yanaşır və İranın uranzənginləşdirmə planı tamamilə BAEA-nın nəzarəti altındadır.
Qərb İranın nüvə proqramının mahiyyətindən şübhələnir. ABŞ, İsrail və bir sıra Avropa ölkələri İranın nüvə silahı istehsal etmək niyyətində olduğundan şübhələnirlər. İran bunu rədd edir. İndiyədək BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə qarşı 6 qətnamə qəbul edib. Qətnamələrin 4-nə iqtisadi sanksiyalar daxil olunub.