Tarix : 2010 Jun 14
Kod 17900

ƏRDOĞAN İSRAİLƏ TARİX DƏRSİ KEÇDİ

Qərb ölkələrinin yəhudiləri qovduğu zaman bizim əcdadlarımız yəhudiləri himayə etdi
Türkiyə Servisi/Aran Agentliyi

İsrailin Qəzzaya gedən yardım gəmisinə hücumunu yaddan çıxarmayan rəsmi Ankara növbəti dəfə Təl-Əvivin ünvanına sərt ifadələrlə çıxış edib. Bu dəfə baş nazir Rəcəb Tayyib Ərdoğan İsrail hökümətinə tarix dərsi keçib. O, Türkiyənin Qəzzada öldürülən uşaqları yaddan çıxarmayacağını bir daha bəyan edib.

“Bizə deyirlər ki, Türkiyənin Yaxın Şərqdə nə işi var, Fələstində nə işi var? Belədə adama sual verməzlərmi, Amerikanın sözügedən yerlərdə nə işi var? Sual verməzlərmi? Qərb ölkələrinin yəhudiləri qovduğu zaman bizim əcdadlarımız yəhudiləri himayə etdi. İndi həmin yəhudilərin hazırki nümayəndələri bizə deyirlər ki, hər iki dəqiqədən bir bunu bizim başımıza vurmayın. Biz sizə tarix dərsi veririk, başınıza qaxmırıq. Məsələ sadəcə belədir. Əgər biz digərləri kimi uşaqların qətlə yetirilməsinə biganə qalsaq, o zaman mən Rizeyə gedə bilmərəm”, - deyə Ərdoğan bildirib.

  • Yazılıb
  • da (də) 2010 Jun 14