Tarix : 2010 Jun 16
Kod 17932

Azərbaycan birlik təşkilatının 9 yaşı tamam oldu

Fəaliyyətdə olan İslamyönlü ictimai və siyasi qurumlardan İslam Partiyasından sonra ABT ikinci uzunömürlü təşkilatdır
Azərbaycan Servisi/Aran Agentliyi
2010-cu il də Azərbaycan Birlik Təşkilatı üçün uğurlu oldu, belə ki, 2009-cu ilin yay aylarından başlayaraq aparılan bir sıra islahatlar məhz 2010-cu ildə bəhrəsini verməyə başladı. ABT-nin layihələri olan və 2010-cu ildə 4 yaşını qeyd edən “Birlik-Press” qəzeti məhz 2010-cu ildən həftədə üç dəfə - 2,4 və 6-cı günlər işıq üzü görməyə başladı. 2010-cu ildə 4 yaşını qeyd edən “Birlik” İnformasiya Mərkəzi (birlik.az) bir sıra yeni uğurlara əl atdı, daha da gücləndirilmiş iş rejimi ilə fəaliyyətə başladı. ABT-nin daha bir layihəsi olan “Kamillik” jurnalı 3 illik fasilədən sonra fəaliyyətini 2010-cu ildə bərpa etdi. Azərbaycan Birlik Təşkilatının layihələri olaraq Azərbaycanda ilk olaraq İslam İnternet Televiziyası “Birlik.Tv” yayıma başladı. Azərbaycanda üçüncü İslam İnternet Radiosu “Birlik” fəaliyyətə başladı. ABT təşkilati sahədə də bir sıra addımlar atdı, gənclər, idman, qadınlar seçkilər, milli-məmənəvi dəyərlərin müdafisi və inkşafı baxımından da bir sıra fəaliyyətlər həyata keçirdi. Azərbaycan Birlik Təşkilatı 2001-ci ildə təsis yığıncağını keçirib və bu il 9 yaşı tamam oldu. Azərbaycanda yarandığı andan indiyə qədər fəaliyyət göstərən və hal-hazırda da fəaliyyətini davam etdirən İslamyönlü ictimai və siyasi qurumlardan İslam Partiyasından sonra ABT ikinci uzunömürlü təşkilatdır. ABT gələn il yaranmasının 10 illiyini qeyd edəcək. “Azrəbaycan Birlik Təşkilatı” milli-mənəvi dəyərlərin və vətəndaş cəmiyyətinin qorunması, maarifləndirilməsi və inkşafı istiqamətində fəaliyyət göstərən ictimai birlikdir. Qurum yarandığı andan indiyə qədər 6 dəfə sənədlərini Ədliyyə Nazirliyinə dövlət qeydiyyatına alınmaq üçün təqdim edib və hər dəfə də süni maneələrlə qarşılaşıb. ABT yenidən sənədlərini dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etməyə hazırlaşır.
 
  • Yazılıb
  • da (də) 2010 Jun 16