“Birlik” artıq günə yüzə yaxın informasiya yayır və onlardan təqribən 30 məlumat ekskluzivdir, tezliklə bu informasiya mərkəzi yalnız ekskluziv məlumatlar yayacaq
Azərbaycan Servisi/Aran Agentliyi
“BİRLİK İnformasiya Mərkəzi” adıyla fəaliyyət göstərən www.birlik.az (və ya www.birlik.ws) internet səhifəsi “Birlik-Press” qəzetinin Onlayn Xəbər Xidmətidir. “Birlik-press” qəzeti 30 may 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb, REYESTR 1827, VÖEN 1800523762. Təsisçi və baş redaktor Babaxanov Namiq Tofiq oğludur. “Birlik-Press” qəzetinin hər sayının tam olaraq elektron versiyası da bu saytda (www.birlik.az və ya www.birlik.ws) “.pdf” formatında yerləşdirilir. “Birlik-Press” qəzetinin çap versiyası həfətədə üç gün- 2,4 və 6-cı günlər işıq üzü görür və yalnız, çap mətbuatının satış yayımı ilə məşğul olan “Qasid”, “Mətbuatyayım”, “Metroservis” və “Qaya” mətbuat yayımı firmalarının köşklərində satılır, qiyməti 40 qəpikdir. “Birlik-Press” qəzeti və onun Onlayn Xəbər Xidməti olan “Birlik” İnformasiya Mərkəzi kollektivi ictimai əsaslarla fəaliyyət göstərir. Qəzetə və sayta reklam və elanlar pulsuzdur. “Birlik-Press” qəzetində yalnız “Birlik” saytının məlumatlarından istifadə olunur. “Birlik” İnformasiya Mərkəzi məxsus və aid olduğu qəzetdən daha geniş və çox informasiya yerləşdirilir və yalnız onlayn rejimdə operativ fəaliyyət göstərir, bütün məlumatları saytda yerləşdirilir və istifadəçilər üçün açıqdır. “Birlik” İnformasiya Mərkəzi internetdə “birlik” adıyla, həm “az” və həm də “ws” domenləri ilə fəaliyyət göstərir. “Birlik-Press” qəzeti və “Birlik” saytı (“Birlik” İnformasiya Mərkəzi) məlumat və məqalələri yalnız “vord” (word) proqramında yığılmış halda birlikpressqazeti@gmail.com və www.birlik.az@gmail.com e-mail ünvanlara göndərildikdə qəbul edir. Göndərilən yazılara, istər çap, itərsə də elektron variantda işıqlandırılması və ya işıqlandırılmamasından asılı olmayaraq cavab verilmir. Reklam və elanların mətninə, yazılardakı faktlara görə qəzet və sayt heç bir məsuliyyət daşımır. Qazet və saytda milli-mənəvi dəyərlərə, mənəvi, əxlaqı və etik normalara zidd heç bir məlumat, yazı, foto və video yerləşdirilmir. “Birlik” İnformasiya Mərkəzi artıq fəaliyyətini gücləndirdi. “Birlik” artıq günə yüzə yaxın informasiya yayır və onlardan təqribən 30 məlumat ekskluzivdir, tezliklə bu informasiya mərkəzi yalnız ekskluziv məlumatlar yayacaq.