Tarix : 2010 Jun 16
Kod 17934

Ermənistan silahlı qüvvələri azərbaycanın işğal altında olan ərazilərində yanğınlar törətməyə baş...

Qısa müddət ərzində genişlənən alov rayonun təmas xəttində yerləşən taxıl sahələrinə keçib
Azərbaycan Servisi/Aran Agentliyi
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tərtər rayonunun işğal altında olan ərazilərində yanğınlar törətməyə başlayıblar, qısa müddət ərzində genişlənən alov rayonun təmas xəttində yerləşən Şıxarx qəsəbəsi istiqamətində taxıl sahələrinə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşları cəlb olunub. Tərtər rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev bildirib ki, hazırda yanğının baş verdiyi istiqamətdə DYMX və İcra Hakimiyyətinin nümayəndələri tədbirlər görürlər. Ərazidə iki yanğınsöndürən maşın növbə çəkir. Təmas xəttini aşıb taxıl sahələrini cənginə alan alovun qarşısını almaq mümkün olsa da, hazırda 1300 hektardan çox məhsul dolu zəmi real təhlükə qarşısındadır. Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycanın işğal altında olan ərazilərində yanğınlar müşahidə olunmağa başlayıb. Yerli sakinlər bildiriblər ki, iyun ayının sonlarından sonra ermənilərin törətdiyi yanğınlar intensivləşməyə başlayacaq. Hər il iyun-iyul aylarından başlayaraq ermənilər tərəfindən törədilən yanğınlar sentyabr ayının sonlarınadək müşahidə olunur. Yanğınlar nəticəsində həmin ərazilərdə məskunlaşmış zərərvericilər, həşərat və vəhşi heyvan sürüləri təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan ərazilərdəki yaşayışın mövcud olduğu ərazilərə axışır. Bu da öz növbəsində bu yaşayış məntəqələrində yanğınlardan da təhlükəli problemlərin yaranmasına gətirib çıxarır.
 
 
  • Yazılıb
  • da (də) 2010 Jun 16