Azərbaycan Servisi/Aran Agentliyi
Bu ilin payızında İstanbulda Avrasiyada energetika və iqtisadiyyat məsələləri üzrə beynlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçısı Atlatik Şuranın - ABŞ-ın nüfuzlu qeyri-hökumət təşkilatının Avrasiya işləri üzrə Mərkəzidir. Konfransa hazırlığın müzakirəsi və Azərbaycan tərəfə dəvətin çatdırılması məqsədilə adı çəkilən mərkəzin rəhbəri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Uilson iyunun 13-15-də Bakıda səfərdədir.
O, Bakıda XİN rəhbəri Elmar Məmmədyarov və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla danışıqlar aparıb.