Tarix : 2010 Jun 16
Kod 17938

''Qara piara boyun əyməyəcəyik''

Ərdoğan: "İsrail və onun hüquqsuzluğuna göz yumanlar özlərini müdafiə etsinlər"
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya yardım karvanına hücumundan sonra beynəlxalq mediada Türkiyə əleyhinə qara piar kampaniyası başladıldığını söyləyib.
FaktXeber.com-un verdiyi məlumata görə, parlamentdə partiyasının fraksiya toplantısında çıxış edən baş nazir Türkiyənin strateji istiqamətinin dəyişdiyinə dair iddiaların da bu qara piarın tərkib hissəsi olduğunu deyib.
Ərdoğan Türkiyənin istiqamətinin dəyişmədiyini deyib: "Türkiyə bir qəsəbə dövləti deyil, gündəmi müəyyənləşdirilən bir ölkə deyil. Türkiyə gündəm müəyyənləşdirən dövlətdir".

Baş nazir Türkiyə əleyhinə qara piar kampaniyası aparan xarici mətbuat orqanlarının daxildəki bəzi media təmsilçiləri ilə də paslaşdıqlarını vurğulayıb. O qeyd edib ki, indiki vəziyyətdə özünü müdafiə etməli olan dövlət Türkiyə deyil: "Türkiyəyə qarşı beynəlxalq mətbuatda, İsrail dəstəklə mediada aparılan bu qara piara qarşı müdafiə mövqeyi seçməyəcəyik. Özünü müdafiə etməli olan İsraildir, İsrailin hüquqsuzluğuna göz yumanlardır. Onlar özlərini müdafiə etsinlər. Biz bu qara piara baş əyməyəcəyik".

  • Yazılıb
  • da (də) 2010 Jun 16