Tarix : 2010 Jun 18
Kod 17963

Azərbaycanın su basan ərazilərində xəstəliklər yayılır

İqtidar isə buna çarə tapmaq əvəzinə faktı inkar edir
Azərbaycan Servisi/Aran Agentliyi
“Su basan ərazilərdə xəstəliklər, xüsusilə də malyariyanın qeydə alınması barədə mətbuatda yayılan məlumatlar yanlışdır. Bu məlumatların heç bir əsası yoxdur”. bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Kürdə baş verən daşqınlardan zərər çəkən rayonlarda infeksion xəstəliklərin qeydə alınması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Nazir deyib ki, indiyədək su basan ərazilərdə malyariya ilə bağlı fakt qeydə alınmayıb.
O. Şirəliyevin sözlərinə görə, nəinki subasan ərazilərdə, eləcə də respublikanın digər bölgələrində yay mövsümündə yoluxucu xəstəliklərin artması danılmazdır. Amma bunun baş verməməsi üçün Səhiyyə Nazirliyi daim tədbirlər görür: “Eyni zamanda, təbii fəlakət zonasında dezinfeksiya işləri aparır. Fəlakət zonasında aparılan profilaktik tədbirlərə şəxsən öz nəzarətim altındadır”. Amma bununla yanaşı həqiqət budur ki, Azərbaycanın su basan ərazilərində vəziyyət gərgindir və xəstəlik baş alıb gedib.
  • Yazılıb
  • da (də) 2010 Jun 18