Azərbaycanın Türkiyə və İsrail arasında yaranmış problemdə Türkiyəni dəstəkləməsi rəsmi Ankara tərəfindən yüksək qiymətləndirilir, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan prezidentinin İstanbulda Türkiyəni dəstəkləyən açıqlamalar verdiyini xatırladan səfir «Prezident Azərbaycanın Türkiyənin yanında olduğunu bəyan etdi. İsrailin hücumlarını açıq şəkildə qınadı. Biz bundan razıyıq» söyləyib. Səfir onu da bəyan edib ki, Türkiyə hər zaman Azərbaycanı, Azərbaycan da hər zaman Türkiyəni dəstəkləyib. Diplomat Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünü dəstəklədiklərini də qeyd edib. H. Kılıç bildirib ki, Türkiyə münaqişənin həllinin tez bir zamanda bitməsini istəyir.