Tarix : 2010 Jun 18
Kod 17967

Yaranmış Türkiyə - İsrail münaqişəsində Azərbaycan Türkiyənin yanındadır və türk tərəfi də bunu y...

Azərbaycanın Türkiyə və İsrail arasında yaranmış problemdə Türkiyəni dəstəkləməsi rəsmi Ankara tərəfindən yüksək qiymətləndirilir, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan prezidentinin İstanbulda Türkiyəni dəstəkləyən açıqlamalar verdiyini xatırladan səfir «Prezident Azərbaycanın Türkiyənin yanında olduğunu bəyan etdi. İsrailin hücumlarını açıq şəkildə qınadı. Biz bundan razıyıq» söyləyib. Səfir onu da bəyan edib ki, Türkiyə hər zaman Azərbaycanı, Azərbaycan da hər zaman Türkiyəni dəstəkləyib.  Diplomat Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünü dəstəklədiklərini də qeyd edib. H. Kılıç bildirib ki, Türkiyə münaqişənin həllinin tez bir zamanda bitməsini istəyir.
  • Yazılıb
  • da (də) 2010 Jun 18