Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün 18 iyunda Azərbaycanda yeni bir elmi araşdırmalar mərkəzinın, açılışı oldu. Yeni fəaliyyətə başlayan “Loqos” elmi araşdırmalar mərkəzinin rəhbəri Mail Yaqubov sözü gedən elmi araşdırmalar mərkəzinin binasında mətbat konfransı keçirərək, mətbuat nümayəndələrinə yeni fəaliyyətə başlayan mərkəz haqda məlumat verdi. Mail Yaqubov bildirdi ki, bu elmi mərkəzin bir neçə məqsədi var ki, onlardan biri Azərbaycanın ali təhsil ocaqlarında tədris olunan əsasən hümanitar elmlər araşdırılacaq. Azərbaycanda istənilan sahədə yetərincə potensial gənclərin olduğunu deyən Mail. Yaqubov bildirdi ki, “Loqos” elmi araşdırmalar mərkəzinin tədqiqat qurupu tərəfindən müxtəlif sahədə, müxtəlif dildə tərcümə, təlif və tədris kitabları hazırlanacaq. Azərbaycan təhsil sahəsində kifayət qədər boşluqların olmasından danışan Mərkəz rəhbəri bildirdi ki, yaxın 3-5 il ərzində Azərbaycanda fəlsəfənin genişləndirməsini istəyirik. Sonda artıq bu sahələrdə bir neçə kitabın çapa hazır olduğunu vurğulayan M. Yaqubov qeyd etdi ki, yaxın zamanlarda işıq üzü görəcək bu kitabların təqdimatını da mətbuat nümayəndələrinə təqdim edilcək. Tədbirdə qonaqlar və mətbuat nümayəndələri iştirak ediblər.