Tarix : 2010 Jun 20
Kod 17993

Türkiyə qırıcıları İraqı bombalayır

Xain hücumdan sonra sərhədə yaxın terrorçu yuvaları vurulur
Türkiyə Servisi/Aran Agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyənin Şəmdinli vilayətində PKK terror təşkilatı üzvləri tərəfindən əsgərlərə qarşı təşkil edilən hücumda 8 əsgər şəhid olub, 14 əsgər isə yaralanıb. Qarşıdurma nəticəsində 12 terrorçu öldürülüb. Bundan sonra əməliyyata başlayan Türkiyə ordusu terrorçuları təqib edib. Türkiyənin "F16" təyyarələri İraqın şimalında aşkar edilən hədəfləri raket atəşinə tutub. Bölgəyə əlavə komandolar və hərbi helikopterlər cəlb edilib.

  • Yazılıb
  • da (də) 2010 Jun 20