Tarix : 2010 Jun 22
Kod 18018

ABŞ və İsrailin cəsusu, terrorçu Rigi edam olundu

Terrorçu qruplaşma olan “Cundullah”-ın digər üzvlərinin məhkəməsi də iyunun 22-də keçiriləcək
İİR Servisi/Aran Agentliyi
Iyunun 22-də İranın Sistan və Bəluçestan vilayətində “Cundullah” terror təşkilatının 10 üzvünün məhkəməsi başlayacaq. Sistan və Bəluçestan vilayətinin prokuroru İbrahim Həmidi terror təşkilatının 10 üzvünün mühakiməsinin açıq şəraitdə keçiriləcəyini bildirib. “Cundullahın” rəhbəri Əbdülməlik Rigi həbs ediləndən sonra dəstə üzvləri də tutuldu. ABŞ və İsrail qüvələləri ilə gürüşüb xaricdən qayıdarkən təhlükəsizlik qüvvələrinin səyi nəticəsində həbs edilən Rigi., “Cundullah” terror qruplaşmasının lideri idi. Əbdülməlik Riqi iyunun 20-də İran İnqilab Məhkəməsinin çıxardığı hökmə əsasən edam olunub. Bir müddət öncə onun terrorçu qardaşı da edam olunmuşdu.
  • Yazılıb
  • da (də) 2010 Jun 22