Dindarların polisə çağırıldığı da bildirilir, inanclılar QMİ-yə yazılı müraciət də ediblər
Azərbaycan Servisi/Aran Agentliyi
Paytaxta üz tutmuş 150-ə qədər Yevlax inanclıları artıq şəhərlərinə geri dönüblər. Məlumatlara əsasən paytaxtdan qayıdan dindarların polisə çağırılması və digər xəbərlər gəlməkdədir. Son durumu KİV-ə danışarkən Yevlax "Cümə" məscidi dini icmasının rəhbərlərindən Hacı Ramin Quliyev belə şərh etmişdir: “Qayıtdıqdan sonra elə bir müsbət dəyişiklik görmədik. Bağlanan bütün obleyktlərimiz hələ də açılmayıb. Əksinə bizimlə birgə paytaxta gedən Mir Sadiq İsmayılzadə bu gün polis idarəsinə çağırılıb. İnanclıların bazardakı obyektlərini bağlayıbılar. Bu gün isə inanclılara məxsus bütün piştaxtalar bazardan götürülüb. İnanclıların vitrin və piştaxtaları ümumiyyətlə bazardan yığışdırılıb. Açmaq əvəzinə tamamilə yığışdırıblar”. QMİ mətbuat xidmətinin rəhbərinin baş verənlərlə bağlı onlara müraciət olunmaması açıqlamasına isə Hacı R.Quliyev münasibətini belə ifadə edib: “Biz Bakıda olarkən elə birinci QMİ-də olmuşuq. Ona görə ki, rəsmi olaraq dini baxımdan bizim məsələlərimizə QMİ sədri Allahşükür Paşazadə baxır. Bu nöqteyi-nəzərdən biz ilk olaraq onların qəbulunda olmuşuq və bizi də qəbul ediblər. Biz yazılı şəkildə də QMİ-yə müraciət etmişik”.