Tarix : 2010 Jun 22
Kod 18020

Azərbaycanda xristianlar yenidən at oynatmağa başladı

Bir müddət öncəyə qədər isə onların fəaliyyətinə ciddi nəzarət var idi
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycandakı xristian missionerlər yeni təbliğat metodu fikirləşiblər. Onlar adını “Xalçanın sirri” qoyaraq, içərisində xristianlığı təbliğ edən yazılarla dolu qadağan olunmuş dini bilgilər yayırlar. Kitabın adı və onun xalça şəkilləri ilə bəzədilməsi elə təəssürat yaradır ki, kitabda Azərbaycan xalçaçılığından danışılır. Amma içərisini oxuyarkən orada qadağan olunmuş xristian dini ədəbiyyatına aid yazıların olduğunu və əməlli-başlı xristian təbliğatının getdiyinin şahidi olursan. Bundan əlavə onlar həmin bu kitabçanın arasına da başqa bir sırf qadağan olunmuş və xristianlığı təbliğ edən kitabça qoyaraq paylayırlar. Bundan əlavə hər iki kitabçada xristian məclislərinə dəvətlər və bu məclislərin keçirildiyi ünvanlar göstərilib. Bu kitabçaları metro stansiyaları ətrafında əhaliyə pulsuz paylayırlar. Xətai rayonundakı kilsələrinə dəvət həyata keçirən bu xristianlar fəaliyyətlərini açıqca həyata keçirirlər. Hansısa kilsə adıyla bəlkə də dövlət qeydiyyatına alınmış bu xristian dini icmasının fəaliyyətinin nə qədər qanunauyğun olmasını isə aidiyyətli qurumların işidir. Əgər bunların fəaliyyəti qanunauyğundursa nə üçün başqa adla, gizli şəkildə ədəbiyyat yayırlar, əgər fəaliyyətləri qanunsuzdursa aidiyyəti qurumlar hara baxır?! Bir sözlə Azərbaycanda xristianlar yenidən at oynatmağa başlayıb. Bir müddət öncəyə qədər isə onların fəaliyyətinə ciddi nəzarət var idi
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Jun 22