Emin Hüseynov: “Marafonda iştirak etmək istəyən hər bir şəxs RATİ-nin (012) 418-03-34 nömrəli telefonuna və “irfs@gmail.com” elektron ünvanına müraciət edə bilər”
Azərbaycan Servisi/Aran Agentliyi
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Vicdan məhbuslarına dəstək marafonu”nuna start verib. “Turan”ın məlumatına görə, aksiya iyulun 22-də qeyd olunacaq Azərbaycan Jurnalistikası Gününə həsr olunub. İyunun 22-də keçirilən mətbuat konfransında RATİ-nin rəhbəri Emin Hüseynov bildirib ki, marafonun məqsədi həbsdə saxlanan jurnalist Eynulla Fətullayevə, bloqçular Emin Milli və Adnan Hacızadəyə, onların ailələrinə maddi və mənəvi yardım göstərməkdir. İyunun 22-dən iyulun 22-dək davam edəcək marafonda yığılmış məbləğ jurnalistlərin ailələrinə paylanacaq: “Marafonda iştirak etmək istəyən hər bir şəxs RATİ-nin (012) 418-03-34 nömrəli telefonuna və “irfs@gmail.com” elektron ünvanına müraciət edə bilər”.