Tarix : 2010 Jun 23
Kod 18045

Iran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin ölkəyə gəlişinə qadağa qoydu

“Onlar hesabat rəsmi şəkildə açıqlanmamış onun məzmununu yayıblar və agentliyə həqiqətə uyğun olmayan hesabat təqdim ediblər”
İİR Servisi/Aran Agentliyi
İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında Beynəlxalq Atom Enerjisi Agentliyinin 2 müfəttişinin ölkəyə gəlişinə qadağa qoyduqlarını bildirib. Salehi müfəttişlərin adlarını açıqlamasa da, onların agentliyə İranın nüvə fəaliyyətləri ilə bağlı səhv hesabat verdiklərini deyib: “Onlar hesabat rəsmi şəkildə açıqlanmamış onun məzmununu yayıblar və agentliyə həqiqətə uyğun olmayan hesabat təqdim ediblər. Məhz buna görə də bu iki müfəttişin İrana gəlişinə qadağa qoymuşuq”. Beynəlxalq Atom Enerjisi Agentliyi mayda yaydığı hesabatda yalan hesabat əsasında bildirib ki, İran uranı yüksək dərəcədə zənginləşdirmək üçün avadanlıqlar hazırlamağa başlayıb və nüvə fəaliyyətləri üçün lazım olan bir sıra qanunsuz materialları ehtiyatda saxlamağa cəhd göstərib.
 
  • Yazılıb
  • da (də) 2010 Jun 23