Tarix : 2010 Jun 23
Kod 18046

Seçkiyə hazırlıq gedirmi?

Hacı Rövşən Əhmədli: “Hər bir halda arzu edərik ki, biz də seçkilərdə iştirak edək”
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanda bu ilki parlament seçkiləri bu il noyabr ayının birinci bazar günü - 7-də keçiriləcək. Seçki Məcəlləsinə yeni əlavə və dəyişikliklərə əsasən seçki günündən 60 gün əvvəl seçkilərə start veriləcək. Bu il artıq sentyabrın 8-dən seçki marafonu start götürəcək. Bu seçkilərə hərə bir cür hazırlaşır. Bu ilki parlament seçkilərinə qatılıb qatılmayacağı ilə bağlı suala KİV-də cavablandıran islamçı siyasi ekspert Hacı Rövşən Əhmədli qeyd edib ki, seçkiyə gedib-getməməyim haqda qərar vermək hələ tezdir. Çünki Azərbaycanda seçki qanunvericiliyi hələ təkmil bir qanunvericilik deyil. Haradasa hakim partiyanın mənafeyini qoruyan bir və şəffaflıq və demokratiyanı kölgə altına alan bir qanunvericilikdir. Belə bir şəraitdə seçkilərdə iştirakın nə dərəcədə vacib olması hələ tam müəyyənləşməyib. Hər bir halda Azərbaycanın özünün gələcəyini azad, ədalətli, şəffaf demokratik seçkilərdə görürük. Ona görə də arzu edirik ki, bu istiqamətdə lazımi addımlar atılsın. Hüquqi əsası olsun. Və seçim həqiqətən xalqın seçimi olsun. Nəticə xalqın seçimindən formalaşsın. Biz demirik ki, buna qısa müddətdə ideal formada nail olmaq olar, amma hər halda Azərbaycanın inkişafının başqa yolu yoxdur. Bütün bu şəraitdə Azərbaycan dövlətçiliyi möhkəmlənəcək, inkişaf edəcək və dünya birlliyində də Azərbaycana qarşı olan ədalətsiz münasibət yəqin ki, dəyişiləcək. Hər bir halda arzu edərik ki, biz də seçkilərdə iştirak edək. Amma indiki halda saxta və nəticə əvvəlcədən məlum olan siyahı üzrə seçki marafonuna qatılmağa fikir söyləmək hesab edirəm ki, hələ tezdir.
 
  • Yazılıb
  • da (də) 2010 Jun 23