Bu şüarı səsləndirən kimi Almaniya polisi Azərbaycanlı yazar və mühacir Həbib Müntəziri həbs edib
Ermənistan Servisi/Aran Agentliyi
Azərbaycan diasporunun iyunun 22-si Berlinin Konrad Adenauer Fondunun qarşısında Ermənistan prezidenti Serj Sərkisyana qarşı keçirdiyi etiraz aksiyası zamanı siyasi mühacir və yazar Həbib Müntəzir (Həbib Abdullayev ) saxlanılıb. H.Abdulayev aksiyanın təşkilatçılarından biri olub: “Sərkisyan - terrorçu, qatil” şüarı səsləndirdim. Polis məni saxladı. Dedilər ki, Almaniya qanunlarına görə Serj Sərkisyanı təhqir etmişəm. Bunun qanun pozuntusu olduğunu bildirib haqqımda protokol yazdılar”.Alman polisi H.Abdullayevə bildirib ki, onun işini prokurorluğa göndərəcəklər: “Məni sərbəst buraxdılar, yenidən aksiyaçılara qoşulub etirazımı davam etdirdim. İndi prokurorluqdan gələcək məktubu gözləyirəm. Böyük ehtimalla işi bağlayacaqlar. Bağlamasalar, vəkil tutmalı olacam”.