Azərbaycan Servisi/Aran Agentliyi
Iyunun 22-də həbs edilmiş Yevlax Cümə məscidinin Dini icmasının üzvü Ramin Quliyevin sifarişli məhkəməsi sona çatıb. Məhkəmənin qərarı ilə Ramin Quliyev ictimai asayişi pozduğuna görə 3 gün həbs cəzasına məhkum edilib. Beləliklə də Yevlax İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Quliyevdən onun zülmünə və özbaşnalığına tabe olmamasına görə beləcə qisas alıb.
Xatırladaq ki, ötən həftə Yevlaxdan olan 150-yə yaxın inanclı insan paytaxta gələrək, bir çox dövlət və hökumət təşkilatlarına müraciət etmişlər. Onlar rayonda hökm sürən özbaşnalığdan və Elmar Vəliyevin qanunsuz hərəkətlərindən söz açmışlar. Yekunda isə Media mərkəzində keçirilən mətbuat konfransında bütün bu söylənilənlərə fotofaktlar da təqdim edilmişdi. Bunu isə Yevlax rəhbərliyi "ictimai asayişi pozmaq" kimi dəyərləndiriblər. Amma Elmar Vəliyevin "ixtiraları" bununla kifayətlənməyib. O, Bakıdan Dini qurumlarla İş üzrə Dövlət Komitəsindən nümayəndə dəvət edib. Dindarlara isə bildirib ki, artıq Cümə məscidi Dini İcmasını tanımır və həmən nümayəndənin yardımıyla yeni icma yaradacaq.