Tarix : 2010 Jun 23
Kod 18051

Sentyabr ayından “Birlik-Press” qəzeti gündəlik çap oluna bilər

Bununla da “Birlik-Press” Azərbaycanın gündəlik çıxan ilk İslamyönlü qəzeti olacaq
Azərbaycan Servisi/Aran Agentliyi
Bu barədə qəzetin təsisçisi və baş redaktoru Hacı Namiq Babaxan KİV-ə açıqlamasında məlumat verib və bildirib ki, biz planlaşdırmışıq ki, sentyabr ayının birinci yarısından, hardasa ayın 15-ə qədər artıq “Birlik-Press”-i gündəlik olaraq nəşr edək. Yəni həftədə 5 gün işləyək və Azərbaycan mətbuatında gündəlik qəzetlərinin arasına bir İslamyönlü, mənəvi dəyərlərə önəm verən, əxlaqi və etik normaları gözləyən bir ictimai-siyasi qəzet də əlavə olunsun. Biz buna hazırlaşırıq, demək olar ki, tam hazırıq. Hər halda biz belə planlaşdırmışıq. Əgər əlavə bir problem çıxmasa “Birlik-Press” qəzeti sentyabrdan gündəlik qəzet kimi fəaliyyət göstərəcək.
  • Yazılıb
  • da (də) 2010 Jun 23