DQİDK: “Araşdırma apardıq və deyə bilərik ki, “Unikal” qəzetində dərc olunan yazı dayandırıldı”
Azərbaycan Servisi/Aran Agentliyi
Bir neçə gün əvvəl “Unikal” qəzetində İslam dünyasında böyük nifrət qazanan Salman Rüşdünün “Şeytan ayələri” kitabından bəzi hissələrin dərc olunması haqqında məlumat vermişdik. Heç şübhəsiz Eldəniz Elgünün layihəsi olan “Unikal” qəzeti vasitəsi ilə Salman Rüşdü kimi bir İslam düşməninin müsəlman ölkəsi olan Azərbaycanda təbliği ciddi fəsadlar yaratmağa hesablanmışdı. DQİDK mətbuat xidmətinin rəhbəri Saleh Aslanov məlum yazının çap olunmasının dayandığını bildirib: “Araşdırma apardıq və deyə bilərik ki, “Unikal” qəzetində dərc olunan yazı dayandırıldı.