Azərbaycan Servisi/Aran Agentliyi
İyunun 24-də Yasamal Rayon Məhkəməsində dindarların işi üzrə məhkəmə prosesi davam etdi. Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı, ittiham olunanların vəkilləri və yaxınları, eləcə də zərərçəkmiş qismində şahidlər iştirak edirdilər. Xatırladaq ki, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiayabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindarın - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Proses başa çatdı. Növbəti məhkəmə prosesi iyun ayının 30-u saat 11:30-da baş tutacaq.