Tarix : 2010 Jun 26
Kod 18074

Zərduşt Əlizadə “Soros” Fondunun rəhbərliyindən getdi

“Mən iki il əlavə, ümumi 6 il “Soros”un rəhbəri oldum”
Azərbaycan Servisi/Aran Agentliyi
“Soros” Fondunun Bakı nümayəndəliyi 2009-cu ildə Azərbaycanda 3 342 533 ABŞ dolları xərcləyib. Bu barədə qurumun 25 iyunda keçirilən mətbuat konfransında məlumat verilib. “Soros” Fondunun Bakı nümayəndəliyinin idarə heyətinin yeni sədri isə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev oldu, idarə heyətinin digər üzvləri filosof Əli Abbasov, hüquq müdafiəçisi Arzu Abdullayeva, media üzrə ekspert Şahin Abbasov, filosof Rəhman Bədəlov, “Ebert” Fondunun nümayəndəsi Rəşad Hüseynli, “Marşall” Fondunun nümayəndəsi Mehriban Rəhimli, “Açıq Cəmiyyət İnstitutu” – Yardım Fondu ( - Corc Sorosun “Soros” Fondunun Bakı nümayəndəliyi belə adlanır) icraçı direktoru Fərda Əsədovdur. Qurumun altı il idarə heyətinin sədri olan Zərduşt Əlizadə isə nəinki təkcə sədrlikdə heç idarə heyətinə üzvlükdə də qalmadı. “Soros” Fondu və ya Corc Sorosun özü ilə yaranan soyuqluqdanmı, yoxsa qurumun daxili qanunlarına uyğun olaraq səlahiyyətini tərk edən, hətta idarə heyətinin üzvü kimi də qalmayan Zərduşt bəy mətbuata məsələyə münasibət bildirib: “Heç bir problem yoxdur, SOROS Fondu ekspertləri iki illiyə işləməyə dəvət edirlər. Sonra həmin ekspert razı olarsa bu vaxt 4 ilə qədər uzadılır. Mən də 4 il “Soros” fondunda ekspert kimi fəaliyyət göstərmişəm. Sonra istisna kimi mənə xahiş ediblər ki, iki ildə əlavə burada qalım. Yəni mən iki il əlavə, ümumi 6 il “Soros”un rəhbəri oldum və sonra çıxdım. Yəni bütün nəzərdə tutulmuş qanuni möhlətlər artıq bitib. Mən artıq altı ildi ki, o idarə heyyətində çalışıram. Indi də mənim möhlətim başa çatıb və burada heç bir qeyri adi şey yoxdur. Yəni mən hətta o heyətlə iki ildə artıq çalışmışam.”
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Jun 26