“Soros” Fondunun Bakı nümayəndəliyinin idarə heyətinin yeni sədri “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev oldu, idarə heyətinin digər üzvləri filosof Əli Abbasov...
Azərbaycan Servisi/Aran Agentliyi
“Soros” Fondunun Bakı nümayəndəliyinin idarə heyətinin yeni sədri “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev oldu, idarə heyətinin digər üzvləri filosof Əli Abbasov, hüquq müdafiəçisi Arzu Abdullayeva, media üzrə ekspert Şahin Abbasov, filosof Rəhman Bədəlov, “Ebert” Fondunun nümayəndəsi Rəşad Hüseynli, “Marşall” Fondunun nümayəndəsi Mehriban Rəhimli, “Açıq Cəmiyyət İnstitutu” – Yardım Fondu ( - Corc Sorosun “Soros” Fondunun Bakı nümayəndəliyi belə adlanır) icraçı direktoru Fərda Əsədovdur
Cümə günü Media Mərkəzdə Açıq Cəmiyyət İnstitutu - Soros Fondunun Bakı nümayəndəliyinin 2009-cu il üçün hesabatının təqdimatı olub. Həmçinin, bu qurupun idarə heyətinin yeni üzvləri təqdim edilib. “Soros” Fondunun Bakı nümayəndəliyinin idarə heyətinin yeni sədri “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev oldu, idarə heyətinin digər üzvləri filosof Əli Abbasov, hüquq müdafiəçisi Arzu Abdullayeva, media üzrə ekspert Şahin Abbasov, filosof Rəhman Bədəlov, “Ebert” Fondunun nümayəndəsi Rəşad Hüseynli, “Marşall” Fondunun nümayəndəsi Mehriban Rəhimli, “Açıq Cəmiyyət İnstitutu” – Yardım Fondu ( - Corc Sorosun “Soros” Fondunun Bakı nümayəndəliyi belə adlanır) icraçı direktoru Fərda Əsədovdur. Fondun icraçı direktoru Fərda Əsədovun verdiyi məlumata görə, ötən il qurumun ümumi xərcləri $3,342 533, o cümlədən inzibati xərclər $464 092 (14%) təşkil edib. Bu zaman proqram xərcləri, qrantlar da daxil olmaqla, $2 878 441 təşkil edib. Bu vəsait aşağıdakı istiqamətlər üzrə paylanılıb: “ictimai səhiyyə” - 786 657 (26%), “vətəndaş cəmiyyəti” - 404 215 (14%), “şəffaflıq” - 302 997 (11%), “ictimai idarəetmə” - 220 297 (8%), “KİV” - 188 581 (7%), “hüquq” (o cümlədən hüquq-müdafiə sahəsi), “mədəniyyət” - hər biri üzrə 186 259 (hər biri 6 %), “şərq-qərb” - 159 498 (6%), “qadın proqramları” - 138 475 (5%), “gənclər” - 119 747 (4%), “təhsil” - 102 777 (4%), “informasiya” - $ 85 413 (3%). 2010-cu il üçün büdcəni təxminən eyni məbləğ təşkil edəcək. Parlament seçkiləri ilə əlaqədar seçkilər üzrə iri layihə həyata keçirilməsi nəzərdə tutulmur. Seçki hüquqlarının həyata keçirilməsi, seçkilərin işıqlandırılması və seçkilərin yekunlarına dair analitik tədqiqatın hazırlanması sahəsində kiçik proqramlar maliyyələşdiriləcək.
Fondun idarə heyəti rəhbərliyini tərk edən Zərdüşt Əlizadə qeyd edib ki, xərclərin dörddə birindən çoxu səhiyyə sahəsində vərəmə, narkomaniyaya qarşı mübarizə ilə bağlı layihələrə yönəldilib. Fond həmçinin dövlət maliyyə vəsaitlərindən istifadənin monitorinqinə böyük diqqət yetirir. Hökumətin qeyri-şəffaf olduğu bir şəraitdə Milli Büdcə Qruppu QHT koalisiyası faydalı iş görür. Koalisiya dövlət vəsaitlərinin qeyri-səmərəli istifadəsi hallarını üzə çıxarır. Demokratik ölkələrdə belə hallarda hökumət istefa verir, burada isə ictimaiyyət bu hallara qarşı mübarizə apara bilmir, deyə Əlizadə bildirib.
Regionlarda QHT-lərin inkişaf etdiyini qeyd edən Əlizadə etiraf edib ki, dövlətin təzyiqinə heç də hamı dözmür. Bəzi QHT-lər prinsipial mövqelərindən əl çəkir. Əlizadə maliyyə mənbələri uğrunda mübarizədə “qeyri-sağlam rəqabəti” mənfi hallardan biri adlandırıb.
Yardım Fondunun idarə heyətinin yeni sədri Mehman Əliyev də bir çox QHT-ləri, həmçinin KİV-lərin dövlətə xidmət göstərməyə meyl etdiyini və ölkənin mühüm problemlərinə reaksiya vermədiyini vurğulayıb. Misal kimi o, Kür və Araz çaylarında daşqın zonasında problemlərin həlli zamanı QHT-lərin passivliyini qeyd edib. Belə bir vəziyyətdə hökumətə ciddi ictimai nəzarət olmalıdır.
“Vətəndaş cəmiyyəti institutları amorf araşdırmalarla deyil, real problemlərin həlli ilə məşğul olmalıdırlar”, deyə Əliyev bildirib.
Onun fikrincə, müstəqil QHT-lər və media qurumları bir-biri ilə qarşılıqlı fəaliyyət göstərməli və manipulyasiya olunan cəmiyyətin yaradılmasına mane olmalıdır.
Filosof Rəhman Bədəlov, “Ebert” Fondunun nümayəndəsi Rəşad Hüseynli və Marşall Fondunun nümayəndəsi Mehriban Rəhimli Fondun idarə heyətinin yeni üzvləri seçiliblər.
Filosof Əli Abbasov, hüquq müdafiəçisi Arzu Abdullayev və media sahəsində ekspert Şahin Abbasov idarə heyətinin üzvü olaraq qalır.