İranın Qırmızı Aypara cəmiyyətinin məlumatına görə, iyunun 27-də “Qəzza Uşaqları” adlı gəmi Qəzzanın blokadasını yarmaq üçün 1100 ton humanitar yardım ilə yola düşəcək
İİR Servisi/Aran Agentliyi
Bunun ardınca Livan və eləcə də Avropa limanlarından daha 20 gəmilik donanma onlara qoşulacaq. “Qəzza Uşaqları” gəmisi bir imkanlı, xeyriyyəçi şəxs tərəfindən alınıb və onun adına qeydiyyatdan keçirilib. Gəmidə ekipaj üzvlərindən başqa 10 hüquq müdafiəçisi və jurnalist də olacaq. Livanın “Culiya” gəmisi isə, Fransada qeydiyyatdan keçib və artıq dənizə çıxmağa razılıq alıb. O öncə Kiprə, buradan isə, Qəzzaya yola düşəcək. Digər bir gəmi – “Məryəm” gəmisi də 50 xanım hüquq müdafiəçisi ilə artıq yola çıxmağa hazırdır.