İyunun 29-da Bakıda iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birinci Azərbaycan-Suriya hökumətlərarası komissiyası öz işinə başlayıb
Azərbaycan Servisi/Aran Agentliyi
Tərəflər bir çox ikitərəfli ticari-iqtisadi məsələləri razılşadırıblar. 2009-cu ildə Suriya prezidenti Bəşər Əsədin Bakıya rəsmi səfəri zamanı müxtəlif sahələrdə münasibətləri nizama salmaq üçün 19 müqavilə imzalanmışdı. Hökumətlərarası komissiyanın iclasında 9 yeni müqavilə layihəsinə baxılır. İclasda əsas məsələ Azərbaycan təbii qazının Suriyaya ixracıdır. Suriya tərəfi müqavilənin razılaşdırılacağına inanır. Azərbaycan tərəfindən komissiyanın həmsədri, kənd təsərrüfatı naziri İsmət Abbasov qeyd etdi ki, Azərbaycan ticari-iqtisadi əməkdaşlıq müqaviləsi imzalanmasında maraqlıdır. Suriya tərəfindən komissiyanın həmsədri, neft və təbii ehtiyatlar naziri Süfyan əl-Alao bununla bağlı ikiqat verginin aradan qaldırılması barədə müqavilə imzalanmasının zəruriliyini qeyd etdi. Tərəflər həmçinin hava nəqliyyatı sahəsində müqavilə imzalanmasının sürətləndirilməsi zərurətini qeyd ediblər. Hər iki tərəf kənd təsərrüfatı məhsullarının mübadiləsi üzrə böyük imkana malikdir. "Suriya Azərbaycandan 4000-5000 ton yun idxal etmək istəyir", - deyə Azərbaycanın Dəməşqdəki səfiri Mahir Əliyev Turan-a bildirdi. Sabah hökumətlərarası komissiyanın protokollarının imzalanması gözlənilir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2009-cu ildə iki ölkə artasında əmtəə dövriyyəsinin həcmi $1 223 min təşkil edib. Suriyadan idxal il ərzində 38% azalaraq $1,21 mln təşkil edib. Suriyaya Azərbaycanın ixracatı cüzidir ($13 min). Suriyadan Azərbaycana əsaən qənnadı məmulatı, yuyucu toz, plastik materiallar, soyuducu vitrinlər, tekstil materialı hazırlamaq üçün maşınlar gətirilir.