Tarix : 2010 Jun 29
Kod 18120

Xəzərdə təhlükəsizlik sazişi müqaviləsi gündəmdədir

Sahilyanı dövlət başçılarının Bakıda keçiriləcək zirvə toplantısı bu ilin sonuna planlaşdırılır
Xəzər Servisi/Aran Agentliyi
Bu il gələn ayın - iyulun birinci ongünlüyündə Bakıda "Sərhəd, gömrük xidmətləri və daxili işlər orqanlarının xətti ilə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında" saziş layihəsin müzakirəsini davam etdirmək məqsədilə sahilyanı dövlətlərin xarci işlər nazirlərinin müavinləri səviyyəsində görüşün keçirilməsi planlaşdırırlır. Hazırda görüşün konkret vaxtı dəqiqləşdirilir. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. “Sənədlə bağlı ötən görüşlərdə tərəflər təkilflərini irəli sürüb. Planlaşdırdıq ki, bu görüşdə təkliflər əsasında razılaşmanı başa çatdıraq”, - o qeyd edib.   X.Xələfov sahilyanı dövlət başçılarının Bakıda keçiriləcək zirvə toplantısının bu ilin sonuna təsadüf edə biləcəyini düşünür: “Əgər sənədləşmə və təşkilati işləri lazımi səviyyədə apara bilsək, düşünürəm ki, bu ilin sonunadək dövlət başçılarının toplantısı ilə bağlı təkilflə çıxış etmək olar”. Sahilyanı dövlət başçılarının 2007-ci ildə Tehranda keçirilən toplantısında saziş layihəsinin hazırlanması barədə tapşırıq verilib. Sənəd layihəsini təkliflər əsasında Azərbaycan tərəfi hazırlayıb. Ümumilikdə isə 2007-ci ildə sahilyanı dövlət başçılarının Tehranda keçirilən ikinci sammitində Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsinin yekun razılaşdırılması və qəbulu üzrə görüləcək işlərin istiqamətləri müəyyən olunub. Xəzərlə bağlı ikitərəfli və beştərəfli formatda aşağıdakı sənədlər imzalanıb:
    - Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında saziş, 23 sentyabr 2002-ci il;
    - Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş, 29 noyabr 2001-ci il və ona əlavə 27 fevral 2003-cü il tarixli protokol;
    - Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında dəniz dibinin təkinin istifadəsinə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında 6 iyul 1998-ci il tarixli saziş və ona əlavə 13 may 2002-ci il tarixli protokol; - Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında saziş, 14 may 2003-cü il; Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında çərçivə konvensiyası, 4 noyabr 2003-cü il Tehran.
 
  • Yazılıb
  • da (də) 2010 Jun 29