Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın iddia edilən rus casus şəbəkəsi ilə bağlı araşdırma işinə şübhə ilə reaksiya verib
Rusıya Servisi/Aran Agentliyi
O bildirib ki, Amerikadan alınan məlumatlar ziddiyyətlidir və o, Vaşinqtondan izahat tələb edib. Amerika hakim dairələri bazar ertəsi on nəfəri həbs ediblər. Bu adamlar Rusiya agentləri olmaqda şübhəli bilinirlər. Federal Tədqiqatlar Bürosu bildirib ki, bu adamlar uzun illər nəzarətdə saxlanılıblar. Cənab Lavrov deyib ki, ittihamlar barədə açıqlamanın vaxtı nəzərə alınarsa xüsusi məqsəd güddüyünə bənzəyir. BBC müxbiri deyir ki, bu ona işarədir ki, Amerikanın hakimiyyət dairəsində kimsə Moskva ilə Vaşinqton arasında istiləşən əlaqələri zərbə altına almağa çalışır. “ABŞ Rusiya cəsusları ilə nə edəcək” sualı isə hələ də müəmmalı qalır.