Tarix : 2010 Jun 29
Kod 18122

Amerika dövlət katibi Hillari Klinton iyulun 3-4-də Bakıya gəlir

İyulun 3-4-ü regional turne çərçivəsində baş tutacağı bildirilən bu səfər bucür yüksək səviyyəli Amerika diplomatının Azərbaycana son 18 ildə ilk ziyarəti olacaq
Azərbaycan Servisi/Aran Agentliyi
Son bir ildə Amerika-Azərbaycan əlaqələrində müəyyən soyuqluq nəzərə çarpırdı. İndi isə Bakı və Vaşinqton mövcud zidiyyətləri yoluna qoymaq arzusunu nümayiş etdirirlər. Sonuncu dəfə Birləşmiş Ştatların dövlət katibi Azərbaycana ölkə müstəqilliyini təzə qazananda səfər etmişdi. 1992-ci ildə Ceyms Beyker yeni müstəqil dövlətə dəstəyini ifadə etmək üçün Bakıya gəldi. O vaxtdan bəri yüksək rütbəli Amerika rəsmilərinin regional səfərləri adətən Azərbaycandan yan ötürdü.
 
Son 1 ildə isə Bakı-Vaşiqnton münasibətlərində siyasi soyuqluğu gizlətmək artıq mümkün deyildi. Deyilənlərə görə, Azərbaycanda insan hüquqları durumunun sərt tənqidi və türk-erməni barışığında Vaşiqntonun vasitəçilyi tərəfləri bir-birindən daha da uzaqlaşdırdı. Lakin bu ayın əvvəli Amerikanın müdafiə naziri Qeyts qəfil Bakıya gələrək prezident İlham Əliyevə Barak Obamanın məktubunu çatdırdı. Amerika lideri öz məktubunda "ikitərəfli münasibətləri korlayan məsələləri yoluna qoymaq" əzmini ifadə etdi.
 
  • Yazılıb
  • da (də) 2010 Jun 29