Tarix : 2010 Jun 29
Kod 18123

Azərbaycan Belarusa 200 milyon ABŞ dolları həcmində qısamüddətli kredit vermişdir

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib
Azərbaycan Servisi/Aran Agentliyi
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko "Euronews" telekanalına müsahibəsində bildirib ki, Belarusun qaza görə Rusiyaya olan borcunun ödənilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyeva müraciət edib və bununla bağlı razılıq alıb. Bu barədə nə olan sualı cavablandıran Prezidentin mətbuat katibi Azər Qasımov bildirib ki, iyun ayının 21-də Belarus Respublikasının Baş naziri S.Sidorski tərəfindən Azərbaycan Respublikası Baş naziri Artur Rasizadəyə yaranmış vəziyyətlə bağlı Azərbaycanın Belarusa qısamüddətli kredit verməsi barədə müraciət edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinə məruzə edilmiş, Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq bu kreditin ayrılmasına razılıq vermişdir. Azərbaycan tərəfindən Belarusa ayrılan kreditin həcmi 200 milyon ABŞ dolları təşkil edir və bu kredit 12 təqvim günü müddətinə verilmişdir. Kreditlə bağlı bütün lazımı sənədlər imzalanmışdır.
 
 
  • Yazılıb
  • da (də) 2010 Jun 29