Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün Yasamal Rayon Məhkəməsində dindarların işi üzrə məhkəmə prosesi davam edib. Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı, ittiham olunanların vəkilləri və zərərçəkmiş qismində polis şahidləri və təqsirləndirilənlərin bir şahidi iştirak edib. Qeyd edək ki, zərərçəkmiş kimi polis əməkdaşlarından 3 nəfər məhkəmədə təqsirləndirilən şəxslərin onları döydüyünü bildiriblər. Eyni zamanda təqsirləndirilən tərəfdən çıxış edən şahid isə həbsdə olan 5 nəfərin hadisə baş verən zaman heç kimə xəsarət yetirmədiyini və ümumiyyətlə dava etmədiyini bildirib. Xatırladaq ki, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindarın - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Xəbəri “”faktxəbər yayıb. Məlumat üçün bildirək ki, növbəti məhkəmə prosesi iyun ayının 6-ı saat 10 :00-da başlayacaq.