Azərbaycanın Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ağır hadisə baş verib
Azərbaycan Servisi/Aran Agentliyi
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 29-u saat 19.30 radələrində əsgər Məmmədrzayev Cəfər Sərdar oğlu avtomat silahından atəş acaraq iki əsgəri – Qəhrəmanov İlkin Allahverdi oğlunu və Əliyev Elvin İlkin oğlunu qətlə yetirib. Digər əsgər Musayev Asif İlham oğlunu isə yaralayıb. Sonda əsgər Məmmədrzayev Cəfər Sərdar oğlu intihar edib. Müdafiə nazirinin göstərişi ilə bir qrup idarə rəisi hadisəni araşdırmaq ücün dərhal həmin hərbi hissəyə ezam edilib. Respublika Hərbi Prokurorluğu faktla bağlı cinayət işi qaldırıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.