Blok təmsilçiləri daxildə problemin olduğunu desələr də, mətbuata açıqlama vermək istəmirlər
Azərbaycan Servisi/Aran Agentliyi
Azadlıq” blokunun daxilindəki problemlər qabardılıb. Biz bu şəraitdə fəaliyyəti effektli hesab etmirik. Blokun qorunub saxlanmasının tərəfdarı olsaq da, bu məsələdə ciddi problemlər var və bunlar həll edilməlidir”.
Bu sözləri APA-ya açıqlamasında “Azadlıq” blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.
Ə. Əliyevin sözlərinə görə, dünən rəhbərlik etdiyi partiyanın Siyasi Şurasının iclası olub, iclasda ona “Azadlıq” blokunun gələcək taleyi ilə bağlı qərar qəbul etmək səlahiyyəti verilib. Partiya sədri yaxın günlərdə öz mövqelərin ifadə edəcəyini deyib: “Bir neçə gün əvvəl Əli Kərimli, Əvəz Temirxan və mənim aramda görüş olub. Biz blokdakı vəziyyəti müzakirə etmişik. Hər kəs öz fikrini bildirib. Təəssüf ki, vahid mövqeyə gələ bilməmişik. Belə vəziyyətdə isə effektli fəaliyyət mümkün olmur. Ancaq biz hər hansı qərar qəbul etməmişik. Yəqin bu baş verəndə ictimaiyyət biləcək. Digər tərəfdən, problemin geniş ictimai-müzakirəsinin tərəfdarı deyilik”.
“Azadlıq” blokunun digər üzvü olan AXCP sədrinin müavini Nurəddin Məmmədli isə blok daxilində hansısa problemin yaşandığından xəbərsiz olduğunu deyib: “Hansısa bir problem varsa, bunu həll eləmək lazımdır”.
Ə. Temirxan isə məsələ ilə bağlı danışmaq istəməyib: “Blokdaxili mübahisələrin mətbuata açıqlanmasının əleyhinəyəm”.