Tarix : 2010 Jul 03
Kod 18170

QAT: ''ABŞ AZƏRBAYCANI DİZ ÇÖKDÜRMƏK İSTƏYİR''

Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən FaktXeber.com-a daxil olan bəyanata deyilir:
Azərbaycan Servisi/Aran Agentliyi

"ABŞ hakimiyyəti işğalçı Ermənistana və Dağlıq Qarabağdakı qondarma rejimə maliyyə yardım ayırmaqla bir daha ermənipərəst mövqeyini nümayiş etdirmişdir. ABŞ bir tərəfdən terrora və işğalçılığa qarş mübarizə apardığını bəyan edir, digər tərəfdən isə terrorçu və işğalçı erməni rejimini himayə edir. ABŞ bir tərəfdən İrana, Şimali Koreyaya sərt sanksiyaların tətbiq olunmasına təşəbbüs edir, digər tərəfdən isə beynəlxalq hüquq normalarını tapdalayan, beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayan eməni quldurlarına hərtərəfli yardım göstərir. Bu ikiüzlü və ikili standartlar siyasətidir. Bu siyasət Azərbaycanın işğalçı Ermənistan qarşısında diz çökdürülməsinə, Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə, Dağıq Qarabağın Ermənistana təhvil verilməsinə yönəlmişdir. Bu maliyyə yardımı haqda qərarın ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ərəfəsində keçirilməsi də xüsusi məna daşıyır və ermənilərə xüsusi rəğbətin göstəricisidir. Bu cür hərəkətlər Azərbaycanda antiamerika əhval-ruhiyyəsini daha da gücləndirir və ABŞ-ın Qarabağ məsələsində vasitəçiliyini mümkünsüz edir. Biz Azərbaycan rəsmilərini ABŞ dövlət katibi ilə bu günlərdə nəzərdə tutulan görüşdən imtina etməyə çağırıq. Həmçinin hesab edirik ki, ABŞ Minsk qrupu həmsədrliyindən kənarlaşdırılmalıdır. Azərbaycan yalnız öz gücünə arxalanmalı Ermənistana qarş müharibəyə başlamalıdır. Başqa yol yoxdur."

  • Yazılıb
  • da (də) 2010 Jul 03