Tarix : 2010 Jul 03
Kod 18173

“Şeytan ayələri”nə etirazlar

Hacı Əhliman Rüstəmov: “Bu Azərbaycan üçün çox mənfi bir haldır”
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanda məlun Salman Rüşdünün İslamı, Qurani Kərimi, İslam Peyğəmbərini təhqir edən “Şeytan Ayələri” kitabı Eldəniz Ergünün “Unikal” qəzetinin son 3 sayında hissələrlə işıq üzü gördü. Buna etiraz edən inanclı kəsimin DQİDK-yə müraciətindən sonra Dövlət Komitəsinin tövsiyyəsi əsasında bu kitabın qəzetdə yayımlanmayacağı haqda qəzet rəhbərliyi məlumat verdi. Son olaraq iyunun 28 də qəzetin baş redaktoru Azadlıq radiosuna açıqlama verərək kitabın hissə-hissə qəzetdə yenidən işıqlandıralacağını bildirib. Bundan əlavə o qeyd edib ki, hələ kitabın Azərbaycan dilinə tam tərcüməsini də Şahbaz Xuduoğlunun rəhbəri olduğu “Qanun” nəriyyatının “Çap Evi” mətbəəsində çap edəcək. Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğlu da Azadlıq radiosuna bu kitabın onun mətbəəsində çap olunmasında heç bir problemin olmamasını bildirib, Eldəniz Ergünə bəraət də qazandırıb. Bundan əlavə Bir neçə müddət əvvəl İslam Peyğəmbərini təhqir edən Rafiq Tağı da Erdəniz Ergünə dəstək olan açıqlama ilə Azadlıq radiosunda çıxış edib. “Birlik.az” saytında məsələyə münasibət bildirən ilahiyyatçı Hacı Əhliman Rüstəmov bildirdi ki, təbii ki, biz də buna öz etirazımızı bildiririk. Bu kitab bütün müsəlman ölkələrində, hətta müsəlman ölkəsi olmayan Hindistanda da qadağan olunub, hətta o vaxt Salman Rüştünün ora getməsinin qarşısını aldılar. Müsəlmanlar bu məluna etirazlar etdilər. İmam Xomeyni o vaxt Salman Rüştünün mürtədliyinə hökm verdi. Bu Azərbaycan üçün çox bir haldır ki, dünyanın hətta müsəlman olmayan ölkələrinin İslama ehtiram olaraq qəbul etmədiyi bir kitabı Azərbaycanda çap elətdirirlər. Müvafiq orqanlar buna öz etirazlarını bildirməlidirlər. Ən azından ona görə ki, Azərbaycan əhalisinin 90 faizindən çoxu müəlmandır.
Birlik.az
  • Yazılıb
  • da (də) 2010 Jul 03