Əhlibeytin yolunu məntiqli və şüurlu bir şəkildə müdafiə etmək bütün müsəlmanlara fərzdir
İİR Servisi/Aran Agentliyi
İranın təqlid mərcilərindən olan İslam alimi Ayətullah Məkarim Şirazi, “Vilayət” televiziya kanalının açılışı münasibəti ilə etdiyi çıxışında bunları söylədi: “Əhlibeytin yolunu məntiqli və şüurlu bir şəkildə müdafiə etmək bütün müsəlmanlara fərzdir.”
İsra.Az saytının İran KİV-lərinə istinadlı xəbərinə görə, “Vilayət” televiziya kanalı səlahiyyətlilərini qəbulunda bu açıqlamanı verən Ayətullah Şirazi, medianın bu gün dünyada ilk sözü söylədiklərini ifadə edərək, “Biz də, bu meydanda mübarizə etmək məcburiyyətindəyik. Əhlibeytin yolunu müdafiə etmək üçün bütün səyimizlə hərəkət etməliyik” -dedi.
Ayətullah Şirazi, sözügedən kanalın əsl hədəfinin dini dəyərlərə daha çox dəyər verilməsi və eyni zamanda elmi mövzular haqqında səviyyəli iclasların təşkil edilməsi və insanların məlumatlandırılması və müsəlmanlar arasında vəhdətin təmin edilməsi üçün çalışmaq olduğunu söylədi.
Dünən yayımına başlayan “Vilayət” Kanalı “Hotbird” peyk kanalı üzərindən izlənilə bilər.
İsra.Az