İsra.Az saytının Leader.ir-ə istinadlı xəbərinə görə, Ayətullah Xamenei Əllamə Fəzlullahın vəfatı ilə əlaqədar olaraq başsağlığı müraciəti göndərib
İİR Servisi/Aran Agentliyi
İsra.Az saytının Leader.ir-ə istinadlı xəbərinə görə, Ayətullah Xamenei Əllamə Fəzlullahın vəfatı ilə əlaqədar olaraq başsağlığı müraciəti göndərib.
Başsağlığı müraciətinin tam mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Mücahid alim Ayətullah Hacı Seyid Məhəmmədhüseyn Fəzlullahın (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar möhtərəm Fəzlullah ailəsinə, mərhumun Livandakı, habelə Afrika və Latın Amerikasında yaşayan Livan əsilli icmalar arasındakı sadiq dostlarına, bütün Livan şiələrinə başsağlığı verirəm. Bu böyük və işgüzar alim din və siyasət meydanında özünəməxsus təsirə malik olan bir şəxsiyyət idi. Livanlılar onun xidmətlərini, gördüyü bərəkətli işləri uzun illər unutmayacaqlar. Bu mücahid ruhani bərəkətli ömrü boyunca Livanda din bayrağı altında həyata keçirilən və İslam ümməti üzərində böyük haqqı olan müqavimət hərəkatını dəstəkləmiş, yardımını və həmkarlığını əsirgəməmişdir. İran İslam Respublikasının da səmimi və saf niyyətli dostu hesab olunan Ayətullah Hacı Seyid Məhəmmədhüseyn Fəzlullah 30 il ərzində İslam İnqilabına və İslam dövləti rejiminə qarşı sədaqətini daim dildə və əməldə sübuta yetirmişdir.
Uca Yaradandan diləyirəm ki, bu nəcib və əziz seyidin ruhu üzərinə Öz rəhmət və bağışlamasını nazil etsin, Qiyamət günü ona pak və məsum əcdadları ilə birgə olmağı nəsib etsin.
Seyid Əli Xamenei
5 iyul, 2010-cu il