Tarix : 2010 Jul 06
Kod 18244

İran prezidenti Mahmud Əhmədinejad insanabənzər robotları nümayiş etdirdi

“Surena-2” 2 il ərzində hazırlanıb
İİR Servisi/Aran Agentliyi
İran prezidenti Mahmud Əhmədinejad insanabənzər robot nümayiş etdirib.
Lent.az-ın “Mayak” radiosuna istinadən verdiyi məlumata görə, Tehran Universitetinin alimlərinin 2 il ərzində hazırladıqları “Surena-2” robortunun hündürlüyü 0,5 metr, çəkisi 45 kiloqramdır.
“Surena-2” yavaş yeriyir, bu zaman ayaq və əllərini paralel olaraq hərəkət etdirir. Robot vizual və audio-informasiya qəbul edən cihazlarla təchiz olunub. “Surena-2” yaponların 2000-ci ildə yaratdıqları “Asimo” robotuna bənzəyir. Robotun insanlar üçün mürəkkəb olan bir çox tapşırıqları yerinə yetirəcəyi gözlənilir.
Qeyd edək ki, “Surena-1” robotunun versiyası 2 il əvvəl təqdim olunub, “Surena-2” onun təkmilləşdirilmiş formasıdır.
  • Yazılıb
  • da (də) 2010 Jul 06