O bəyan edib ki, Qəzzaya humanitar yardım aparan gəmi karvanına hücuma görə Türkiyənin onlardan üzr istəməsi tələbi yerinə yetirilməyəcək. Diplomat bunun həqiqətə zidd olduğunu deyib
Türkiyə Servisi/Aran Agentliyi
İsrailin Türkiyədən üzr istəmək niyyəti yoxdur. Bu bəyənatla İsrailin xarici işlər naziri Aviqdor Liberman çıxış edib. Liberman əksinə Türkiyənin onlardan üzr istəməli olduğunu bildirib.
O bəyan edib ki, Qəzzaya humanitar yardım aparan gəmi karvanına hücuma görə Türkiyənin onlardan üzr istəməsi tələbi yerinə yetirilməyəcək. Diplomat bunun həqiqətə zidd olduğunu deyib.
Qeyd edək ki, “Mavi Mərmərə” gəmisinə hücuma görə rəsmi Ankara İsraildən üzr istəməsini tələb edirdi.
ANS